Ukraynada hazırda reaktiv dronları ələ keçirmək üçün nəzərdə tutulan beş interseptorun sınaqları aparılır.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, modellərdən birinin istehsal həcminin oktyabrın sonuna qədər təxminən 400 ədədə çatdırılması planlaşdırılır. Digər dörd model isə hələ sınaq mərhələsindədir.
Zelenskinin sözlərinə görə, reaktiv interseptorların kütləvi istehsalının qarşısındakı əsas problemlərdən biri mühərrik təminatıdır:
“Mühərriklər əsas məsələdir. Biz həqiqətən də çox sayda mühərrik idxal edirik. Öz istehsalımız olan mühərriklər də var, lakin onların sayı kifayət etmir”.
