Ev GündəmQırğızıstan ilk peykini kosmosa göndərdi

Qırğızıstan ilk peykini kosmosa göndərdi

by Baş Redaktor
61 Baxış

Qırğızıstan ilk peykini Yerətrafı orbitə göndərib.

Army.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Kənd təsərrüfatı ərazilərinin, buzlaqların, meşələrin və otlaqların monitorinqi üçün nəzərdə tutulan kosmik aparat ABŞ-nin Kaliforniya ştatında yerləşən Vandenberq Hərbi Hava Qüvvələri bazasından “SpaceX” şirkətinə məxsus “Falcon 9” raketi ilə orbitə çıxarılıb.

Peykin buraxılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov da iştirak edib.

banner

Kosmik aparat Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Qeyd edək ki, avqust ayında Rusiyanın “Kiçik kosmik aparat” elmi-istehsalat laboratoriyasının rəhbərinin müavini Dmitri Zuev “yaşıl” yanacaqla işləyən “ReşuKub-4” peykinin hazırlandığını açıqlamışdı.

Əlaqəli Yazılar Xüsusi