Litvada hava məkanında naməlum obyektin aşkarlanması NATO-ya məxsus döyüş təyyarələrinin havaya qaldırılmasına səbəb olub.
Army.az xəbər verir ki, qırıcılar ölkənin Zoknyay hərbi hava bazasından uçuş həyata keçirib.
Hadisə ilə bağlı Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzi məlumat yayıb.
Qurum Vilnüs dairəsi, eləcə də Ukmerqe şəhəri ərazisində hava təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində Vilnüs Beynəlxalq Hava Limanında fəaliyyət dayandırılıb.
