ÖlkəLyuk Koffi Ağdama heyran qaldı: “Möhtəşəmdir!”

Lyuk Koffi Ağdama heyran qaldı: “Möhtəşəmdir!”

by Baş Redaktor
7 Baxış

“Qarabağda xüsusilə də Ağdamda bu gün yenidənqurma və məskunlaşdırma sahəsindəki irəliləyiş çox təsirlidir”.

Army.az xəbər verir ki, bunu  Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi “X” sosial şəbəkəsindəki hesabında Qarabağa son səfərini şərh edərkən yazıb.

“Birinci Qarabağ müharibəsindən əvvəl Ağdam cənub-qərbi Azərbaycanın ən vacib şəhərlərindən biri idi. O, iqtisadi, nəqliyyat və mədəni fəaliyyət mərkəzi kimi xidmət edirdi. Onu işğal edən ermənilər özlərindən sonra daş və dağıntılardan başqa heç nə qoymayıbla. Əhali tamamilə didərgin salındı, yerini mina və dağıntılar aldı. Buna baxmayaraq, bu gün yenidənqurma və məskunlaşdırma sahəsindəki irəliləyiş çox təsirli olub! Möhtəşəm iş görən yerli rəsmilərə və administratorlara təşəkkürlər!”, – deyə qeyd edib.

You may also like