Ev DünyaNetanyahudan Britaniyaya sərt ittiham: “Nəzarətdən çıxıb”

Netanyahudan Britaniyaya sərt ittiham: “Nəzarətdən çıxıb”

by Baş Redaktor
48 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu Londonla Təl-Əviv arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Britaniya hökumətinin siyasətini sərt şəkildə tənqid edib.

Army.az xəbər verir ki, bu barədə “Deyli Meil” məlumat yayıb.

Netanyahu Britaniya rəhbərliyinin daxili siyasi dəstək qazanmaq məqsədilə İsrailin qarşı tərəfində dayanan qüvvələrə güzəştə getdiyini bildirib.

İsrail hökumətinin başçısı Britaniyanın hazırkı siyasətinin nəzarətdən çıxdığını və ölkənin getdikcə təcrid vəziyyətinə düşdüyünü deyib.

banner

Netanyahu Londonu İran və onun müttəfiqlərinə qarşı mövqe sərgiləmək əvəzinə, İsraili tənqid etməyə üstünlük verməkdə də günahlandırıb.

Bununla yanaşı, İsrailin baş naziri iki ölkə arasında fikir ayrılıqlarının artmasına baxmayaraq, Britaniyanı hələ də İsrailin müttəfiqi kimi gördüklərini vurğulayıb.

Netanyahunun tənqidlərinin digər hədəfi isə Britaniyanın miqrasiya siyasəti olub. O, Londonu ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb və əks halda Britaniyanın “itirilə biləcəyini” söyləyib.

Əlaqəli Yazılar Xüsusi