Ev DünyaKaxa Kaladze: “Gürcüstanı da Ukraynanın aqibəti gözləyə bilərdi”

Kaxa Kaladze: “Gürcüstanı da Ukraynanın aqibəti gözləyə bilərdi”

by Baş Redaktor
137 Baxış

Tbilisi meri Kaxa Kaladze Ukraynanın Rusiya ilə müharibə fonunda “bufer zona” kimi təqdim edilməsini tənqid edib.

Army.az xəbər verir ki, bu barədə Kaladze Finlandiya Prezidenti Aleksandr Stubbun açıqlamasına münasibət bildirərkən deyib.

Onun fikrincə, Gürcüstan hakimiyyətinin tutduğu prinsipial mövqe və həyata keçirdiyi siyasət olmasaydı, ölkə də Ukraynanın üzləşdiyi vəziyyətlə qarşılaşa bilərdi:

“Son illərdə Gürcüstan müxtəlif təzyiqlər, təhdidlər və tənqidlərlə üzləşsə də, hakimiyyət ölkənin milli maraqlarını və iqtisadi inkişafını qorumağa yönəlmiş siyasət yürüdüb. Məhz bu yanaşma Gürcüstanın hazırkı vəziyyətə düşməsinin qarşısını alıb. Əks halda, ölkə bu gün Ukraynanın üzləşdiyi ağır vəziyyətlə qarşı-qarşıya qala bilərdi”.

banner

Əlaqəli Yazılar Xüsusi