Ev Hərbi XəbərlərÇin Laosda hərbi imkanlarını genişləndirir: yeni kompleks istifadəyə verildi

Çin Laosda hərbi imkanlarını genişləndirir: yeni kompleks istifadəyə verildi

by Baş Redaktor
156 Baxış

Çin və Laos arasında hərbi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Vientyanın təxminən 50 kilometr şimalında yerləşən Ban Kun ərazisində iki yeni obyekt istifadəyə verilib.

Army.az xəbər verir ki, yeni infrastrukturun tərkibinə Çin-Laos Birgə Dəstək və Təlim Mərkəzi ilə Çin-Laos Dostluq Aviasiya Akademiyası daxildir.

Obyektlərin açılışında Laosun baş nazirinin müavini və müdafiə naziri Khamlieng Outhakayson, eləcə də Çin nümayəndə heyəti iştirak edib.

Layihənin Pekinin Cənub-Şərqi Asiyada hərbi təlim, logistika və əməliyyat imkanlarını genişləndirmək istiqamətində atdığı addımlardan biri olduğu bildirilir.

banner

Yeni kompleksin yerləşdiyi Ban Kun ərazisi daha əvvəl ABŞ-ın hərbi məqsədlərlə istifadə etdiyi köhnə hava zolağının yaxınlığında yerləşir.

Çin və Laosun birgə həyata keçirdiyi layihənin əsas hissəsini uzunluğu təxminən 2 kilometr olan uçuş-enmə zolağı təşkil edir. Ərazidə həmçinin təyyarələrin hərəkəti üçün yollar, dayanacaqlar, anqarlar və digər yardımçı obyektlər inşa olunub.

Əlaqəli Yazılar Xüsusi