Ev İqtisadiyyatBrent neftinin qiyməti 103 dollara yaxınlaşdı

Brent neftinin qiyməti 103 dollara yaxınlaşdı

by Baş Redaktor
156 Baxış

Dünya bazarında Brent markalı neftin qiymətindəki yüksəliş səngiyib. Ticarət sessiyası zamanı Şimal dənizindən çıxarılan bu etalon neftin bir barrelinin qiyməti 102-103 dollar diapazonunda qərarlaşıb.

Army.az xəbər verir ki, bu barədə “Investing” platforması məlumat yayıb.

Bildirilib ki, kotirovkalar gün ərzində maksimum 103,39 dollara yüksəlib. Lakin Moskva vaxtı ilə saat 14:40 radələrində qiymətdə geriləmə qeydə alınıb və Brent 102,5 dollar səviyyəsinə enib.

Analitiklər bazardakı sabitləşməni əsasən Yaxın Şərqdən neft tədarükünün artması ilə əlaqələndirirlər.

banner

Xüsusilə Səudiyyə Ərəbistanından xammal ixracının yüksəlməsi qiymətlərə təsir edən əsas amillərdən biri kimi göstərilir. Buna isə ölkənin əsas “Şərq-Qərb” neft kəməri ilə tədarüklərin tədricən bərpa olunması imkan yaradıb.

Əlaqəli Yazılar Xüsusi