Ev Hərbi XəbərlərABŞ “səhvən” Çinə məxfi məlumatlar ötürdü : Gizli səbəb…

ABŞ “səhvən” Çinə məxfi məlumatlar ötürdü : Gizli səbəb…

by Baş Redaktor
39 Baxış

ABŞ istehsalı beşinci nəsil F-35 qırıcılarına aid bəzi komponentlərin Çinə göndərilməsinin səbəbi açıqlanıb.

Army.az xəbər verir ki, hadisə beynəlxalq logistika şirkəti UPS-də çalışan əməkdaşın yol verdiyi səhlənkarlıqdan sonra baş verib.

Bildirilir ki, şirkət əməkdaşı yükün Honkonq ərazisindən tranzit keçirilməsinə icazə verilmədiyini bildirən elektron məktubu nəzərdən qaçırıb. Nəticədə F-35-ə məxsus hissələr Çinə göndərilib.

Sözügedən elektron məktubda ABŞ-ın Silahların Beynəlxalq Ticarəti Qaydalarına (ITAR) əsasən, F-35 qırıcısının kabinəsinin şəffaf örtüyü və silah bölməsinin qapağı da daxil olmaqla müəyyən komponentlərin bəzi ölkələr üzərindən tranzit daşınmasının qadağan edildiyi qeyd olunub.

banner

Əlaqəli Yazılar Xüsusi