DünyaAndranik Köçəryan üzr istədi: “44 günlük müharibədə…”

Andranik Köçəryan üzr istədi: “44 günlük müharibədə…”

by Baş Redaktor
10 Baxış

Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputat Andranik Köçəryan jurnalistlərə verdiyi açıqlamaya görə üzr istəyib.

Army.az xəbər verir ki, bu barədə o, öz sosial media hesabında paylaşım edib.

“Əziz vətəndaşlar, aprelin 6-da Milli Məclisdə keçirilən mətbuat konfransı zamanı jurnalistin sualına cavab olaraq səsləndirdiyim fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Məqsədim Ermənistanın qanunvericiliyində təhsilin və elmi fəaliyyətin nə qədər dəyərləndirildiyini vurğulamaq idi.

İki oğlumdan böyüyü bütün təhsil mərhələlərini keçib və elmi fəaliyyətlə məşğuldur, kiçik oğlum isə Ermənistan Silahlı Qüvvələrində xidmət edib və 44 günlük müharibədə iştirak edib.

banner

Yanlış anlaşıldığım üçün üzr istəyirəm”, – deyə qeyd edib.

Xatırladaq ki,ötən gün Köçəryan jurnalistlərdən birinin sualına belə cavab verib:

“Mənim oğlum çox yüksək səviyyəli oğlandır, siz onun biliyi qədər biliyə malik olsaydınız, siz də xidmət etməzdiniz”.

You may also like