Kreml ABŞ dövlət katibi Marko Rubionun Ukrayna ilə sülh danışıqlarının perspektivləri olmadığı barədə fikirləri ilə razılaşıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı yaxın vaxtlarda baş tutacaq:
“ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna təmsilçiləri ilə ABŞ-da apardıqları danışıqların nəticələrini bölüşmək istəsələr, Moskvada onları məmnuniyyətlə qəbul edərlər”.
Peskov Kremlə Uitkoff və Kuşnerin oktyabrda Rusiyaya səfər edib-etməyəcəklərinin məlum olmadığını da qeyd edib. O əlavə edib ki, Putin amerikalı danışıqlar aparan şəxslərlə görüşməyə həmişə hazırdır.
