Amerikalı iş adamı İlon Mask Ukraynanın yeni liderə ehtiyacı olduğunu bildirib.
Army.az xəbər verir ki, Mask X sosial şəbəkəsində paylaşım edərək bu fikirlə razılaşdığını yazıb və Ukraynanın yeni rəhbərə ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib. Tramp onu Rusiyanın neft emalı zavodlarına zərbələr endirməkdə və münaqişənin dayandırılmasına istəksiz yanaşmaqda ittiham edib.
ABŞ lideri Ukraynada yeni prezidentin seçilməsinin vaxtı çatdığını düşündüyünü bildirib və Zelenskini ölkədə seçkilər keçirməyə çağırıb.
