ABŞ Prezidenti Donald Tramp vəzifəsini tərk etməzdən əvvəl Atlantik və ya Sakit okeanın adını dəyişməyi düşündüyünü bildirib. O, yeni ad kimi “Tramp okeanı” və ya “Amerikalar okeanı” variantlarını səsləndirib.
Army.az xəbər verir ki, Tramp bu fikirləri Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
O, həmçinin Missisipi çayının adını dəyişmək istəmədiyini, çünki bu çayı sevdiyini bildirib.
ABŞ lideri Hörmüz boğazının adını “Tramp boğazı” olaraq dəyişmək ehtimalını da yenidən gündəmə gətirib.
Qeyd edək ki, daha əvvəl Trampın imzaladığı sərəncamlarla Meksika körfəzi “Amerika körfəzi”, Ontario gölü isə “Amerika gölü” adlandırılıb. Bu dəyişikliklər ABŞ federal hökumətinin həmin coğrafi adlardan istifadə qaydasına və federal xəritələrə şamil edilib. Bununla belə, gələcək prezidentlər bu qərarları ləğv edə bilərlər.
