Ev DünyaPaşinyan Ermənistanın gələcəyi ilə bağlı mesaj verdi: “Tarix indi yaradılır”

Paşinyan Ermənistanın gələcəyi ilə bağlı mesaj verdi: “Tarix indi yaradılır”

by Baş Redaktor
68 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix anlayışına fərqli yanaşma təklif edərək bildirib ki, tarix yalnız keçmişdə baş vermiş hadisələrdən ibarət deyil, həm də gələcəkdə reallaşdırılmalı olan hədəfləri əhatə edir.

Army.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki paylaşımında yazıb.

Paşinyanın fikrincə, keçmişdə baş vermiş hadisələri dəyişdirmək mümkün deyil. Buna görə də tarix anlayışına yanaşma dəyişməli, diqqət artıq baş verənlərdən daha çox gələcəkdə yaradılacaq hadisələrə yönəlməlidir:

“Tarix” dedikdə, baş vermiş hadisələri deyil, baş verməli olanları nəzərdə tutmalıyıq. Bu yanaşma bizi tarixin tamhüquqlu müəllifinə çevirir, çünki tarix indi yaradılır və sabah da yaradılmalıdır.

banner

Keçmişin öyrənilməsi tarixi təcrübə qazanmaq və əvvəlki səhvləri təkrarlamamaq baxımından əhəmiyyətlidir. Ermənistanın indiki mərhələdə yaratdığı tarix özünəməxsusluğu ilə seçilir. Onun sözlərinə görə, ölkə ilk dəfə tarixi təkrarlayan deyil, onu formalaşdıran tərəf kimi çıxış edir. Gələcəyə yönəlmiş bu yanaşmanın əsasını davamlı dövlət strategiyasının həyata keçirilməsi, azad və xoşbəxt Ermənistanın qurulması təşkil edir”.

Əlaqəli Yazılar Xüsusi