ABŞ dəniz blokadasını və iqtisadi müharibəni davam etdirdiyi müddətdə Hörmüz boğazında təhlükəsizliyin bərpası mümkün olmayacaq.
Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Qətər və Pakistan İranla ABŞ arasında vasitəçilik missiyasını davam etdirirlər.
İran tərəfi ABŞ-ın mövqeyini hələ də araşdırdığını və qiymətləndirmə başa çatdıqdan sonra cavabını vasitəçilər vasitəsilə çatdıracağını açıqlayıb.
Bəyanatda, həmçinin Tehranla Vaşinqton arasında mesaj mübadiləsinin vasitəçilər üzərindən davam etdiyi vurğulanıb.
