Ev GündəmAyda yeraltı mağaralar var? NASA yeni tədqiqata başladı

Ayda yeraltı mağaralar var? NASA yeni tədqiqata başladı

by Baş Redaktor
55 Baxış

NASA Ayın səthinin altında geniş mağaraların və qədim lava tunellərinin mövcudluğu ehtimalını araşdırmağa başlayıb.

Army.az xəbər verir ki, alimlər Ay səthindəki bir çuxurun geniş yeraltı mağara sistemi və ya qədim vulkanik fəaliyyət nəticəsində yaranmış tunellə əlaqəli ola biləcəyini düşünürlər.

NASA bu ehtimalı yoxlamaq və Ayın dərinliklərindəki strukturları öyrənmək məqsədilə GIMLI proqramına start verib.

Tədqiqat 2009-cu ildə Yaponiyanın “Kaguya” kosmik aparatı tərəfindən aşkar edilmiş, Marius təpələrində yerləşən çuxur üzərində aparılacaq. Alimlər lava tunelinin mövcudluğunu təsdiqləyə bilsələr, bu, Ayın vulkanik keçmişinin daha dərindən öyrənilməsinə imkan verəcək.

banner

Yeraltı mağaraların gələcəkdə Ayda fəaliyyət göstərəcək astronavtlar üçün təbii sığınacaq rolunu oynaya biləcəyi də ehtimal olunur. Belə strukturlar insanları kəskin temperatur dəyişikliklərindən, kosmik radiasiyadan və mikrometeoritlərin təsirindən qoruya bilər.

Əlaqəli Yazılar Xüsusi