Ev Dünya“Sabah səhər bu xəbəri görə bilərik” – Mirzoyan sərhədlə bağlı danışdı

“Sabah səhər bu xəbəri görə bilərik” – Mirzoyan sərhədlə bağlı danışdı

by Baş Redaktor
62 Baxış

“Sabah səhər xəbərlərdə Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı başlıq görə bilərik”.

Army.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

Nazir Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinin artıq kifayət qədər irəlilədiyini vurğulayıb. Onun sözlərinə görə, sərhəd hələ də bağlı olsa da, proses nəticə əldə etmək üçün yetkin mərhələyə çatıb.

Mirzoyan Azərbaycanla sülhün artıq mövcud olduğunu da bildirib. O qeyd edib ki, Ermənistan qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaqda maraqlıdır və bu yanaşma ölkənin Avropa İttifaqına inteqrasiya hədəflərindən asılı deyil.

banner

Nazirin fikrincə, Ermənistanın Aİ-yə tamhüquqlu üzv olmaq istəyi nəzərə alınarsa, qonşularla problemlərin və münaqişələrin davam etməsi bu prosesə mənfi təsir göstərə bilər.

Əlaqəli Yazılar Xüsusi