Ev DünyaKelloq: “Rusiyadakı hər bir lənətə gəlmiş neft emalı zavodunu yandırardım”

Kelloq: “Rusiyadakı hər bir lənətə gəlmiş neft emalı zavodunu yandırardım”

by Baş Redaktor
124 Baxış

ABŞ Prezidentinin keçmiş xüsusi elçisi Keyt Kelloq Ukraynanın Rusiyanın neft-qaz infrastrukturuna zərbələr endirməsini dəstəklədiyini bildirib.

Army.az xəbər verir ki, amerikalı general Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək hazırda həyata keçirilən hücumları davam etdirməyi və Rusiyaya bunun bədəlini ödətməyi tövsiyə edəcəyini deyib.

“Zelenskiyə deyərdim ki, hazırda hücum etdiyiniz obyektləri vurmağa davam edin. Bu, düzgün addımdır. Qoy bunun bədəlini ödəsinlər”, – Kelloq bildirib.

O, eyni zamanda mülki obyektlərin, xüsusilə məktəblərin, xəstəxanaların və uşaqların toxunulmaz qalmalı olduğunu vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi