Ev Hərbi XəbərlərLavrov sabah Bakıya gəlir

Lavrov sabah Bakıya gəlir

by Baş Redaktor
129 Baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sammitdə AQEM-in gələcək inkişafı, o cümlədən təşkilatın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.

Əlaqəli Yazılar Xüsusi