Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İrəvanda keçirilən COP17 tədbirində iştirak etməməsi ilə bağlı sualı cavablandırarkən jurnalistin eyni məsələni yenidən gündəmə gətirməsindən narazılığını ifadə edib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Paşinyan bildirib ki, bu mövzu ilə bağlı dəfələrlə açıqlama verib və sualın yenidən ünvanlanmasını məqsədəuyğun hesab etməyib:
“Bu barədə o qədər şərh vermişəm, indi yenə eyni sualı verirsiniz”.
Bundan sonra Paşinyan jurnalistlərin yanından uzaqlaşıb.
