Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında İrəvanda keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyan yüksək səviyyəli qarşılıqlı təmasların müntəzəm xarakter almasının Ermənistan və İranın ikitərəfli münasibətləri ardıcıl şəkildə inkişaf etdirmək niyyətini əks etdirdiyini bildirib.
Məsud Pezeşkian da iki ölkə arasında müxtəlif sahələri əhatə edən əlaqələrin daha da dərinləşdirilməsinin və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Danışıqlar zamanı tərəflər əməkdaşlıq gündəliyindəki məsələləri, əvvəl əldə olunmuş razılaşmaların icra vəziyyətini və birgə proqramların təşviqi imkanlarını nəzərdən keçiriblər.
