İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bildirib və Tehrana qarşı səsləndirilən ittihamları təkzib edib.
Army.az xəbər verir ki bu barədə Pezeşkianın açıqlamasında qeyd olunub.
“İran nüvə silahı əldə etmək istəmir və ölkəmizə qarşı aparılan bu cür dağıdıcı təbliğat yalandır”, – deyə dövlət başçısı vurğulayıb.
İran lideri ABŞ ilə danışıqlara hazır olduqlarını da bildirib. Bununla yanaşı, Vaşinqtonun təzyiqlər vasitəsilə Tehranın mövqeyini dəyişə biləcəyinə dair gözləntilərin nəticə verməyəcəyini qeyd edib.
Pezeşkian ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları da tənqid edərək, onların humanitar məhdudiyyətləri aşdığını iddia edib. O, son aylarda İrana qarşı həyata keçirilən hücumları əsassız və qeyri-insani adlandırıb.
