Ev DünyaPezeşkian sığınacağa çəkildi? İrandan gələn fotolar şübhə yaratdı

Pezeşkian sığınacağa çəkildi? İrandan gələn fotolar şübhə yaratdı

by Baş Redaktor
34 Baxış

İran Prezidenti Məsud Pezeşkianın nazirlərlə keçirdiyi görüşdən yayılan yeni fotolar diqqət çəkib. Görüntülərdəki məkanın əvvəlki iclasların keçirildiyi zallardan fərqlənməsi toplantının yeraltı obyektdə və ya sığınacaqda təşkil oluna biləcəyi barədə ehtimallar yaradıb.

Army.az xəbər verir ki, fotoların əvvəlki görüşlərdən çəkilmiş görüntülərlə müqayisəsi bu dəfə daha kiçik və fərqli zalın seçildiyini göstərir.

Bəzi müşahidəçilər bunu İran rəsmilərinin təhlükəsizlik tədbirlərini gücləndirməsi ilə əlaqələndirirlər.

Məkan dəyişikliyi ABŞ və İsrailin İrana qarşı mümkün yeni hücumları ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edir. Lakin hökumət iclasının həqiqətən yeraltı sığınacaqda keçirildiyi təsdiqlənməyib. Fotoların harada çəkildiyi də hələlik məlum deyil.

banner

Bununla belə, görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub və İran rəhbərliyinin təhlükəsizlik tədbirləri ilə bağlı suallar yaradıb.

Əlaqəli Yazılar Xüsusi