Ukrayna Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün ABŞ-dən “Starshield” peyk rabitə sistemindən istifadə etməyə icazə istəyib.
Army.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
O bildirib ki, hazırda Ukraynanın belə bir imkanı yoxdur.
Qeyd edək ki, “SpaceX” şirkətinin hazırladığı “Starshield” sistemi “Starlink”in hərbi məqsədlər üçün nəzərdə tutulan versiyasıdır. Sistem aşağı Yer orbitindəki peyklər vasitəsilə rabitə və internet bağlantısı təmin edir.
Kommersiya məqsədli “Starlink”dən fərqli olaraq, “Starshield” ABŞ hökumətinin nəzarətindədir. Sistemin istifadə qaydalarını və şərtlərini də Vaşinqton müəyyənləşdirir.
