Ev DünyaRusiya, ABŞ və Çin liderlərinin görüşü ilə bağlı müzakirələr aparılır

Rusiya, ABŞ və Çin liderlərinin görüşü ilə bağlı müzakirələr aparılır

by Baş Redaktor
36 Baxış

Rusiya, ABŞ və Çin dövlət başçılarını bir araya gətirəcək üçtərəfli görüşün təşkili məsələsi müzakirə mərhələsindədir. Lakin hələlik bu istiqamətdə konkret razılıq əldə olunmayıb.

Army.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə “The Wall Street Journal” nəşrinə açıqlamasında danışıb.

Peskovun sözlərinə görə, hazırda nə görüşün təşkili, nə də müzakirə ediləcək məsələlərin gündəliyi ilə bağlı yekun razılaşma mövcuddur. Bununla yanaşı, tərəflər belə bir görüşün keçirilməsi imkanını istisna etmirlər.

Kremlin nümayəndəsi Vladimir Putin, Donald Tramp və Si Cinpinin iştirakı ilə nəzərdə tutulan danışıqların hələlik rəsmi şəkildə razılaşdırılmadığını bir daha vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi