Ev DünyaFransada gərginlik davam edir: Makron daxili işlər nazirinin istefasını rədd etdi

Fransada gərginlik davam edir: Makron daxili işlər nazirinin istefasını rədd etdi

by Baş Redaktor
51 Baxış

Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən iğtişaşlardan sonra istefa vermək istəyən daxili işlər naziri Loran Nunesin vəzifəsində qalmasına qərar verib.

Army.az xəbər verir ki, Yelisey sarayının məlumatına görə, dövlət başçısı hazırkı vəziyyətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin fasiləsiz idarə olunmasını vacib hesab edir.

Oktyabrın 17-də Fransanın bir sıra böyük şəhərlərində baş verən zorakılıq hadisələrindən sonra Nunes istefa ərizəsini prezidentə təqdim edib. Lakin Makron ərizəni qəbul etməyib və nazirə talan və iğtişaşların qarşısını almaq üçün yeni tədbirləri mümkün qədər tez həyata keçirməyi tapşırıb.

Fransa prezident administrasiyası hadisələrin təhlili zamanı təhlükəsizlik vəziyyətinin əvvəlcədən qiymətləndirilməsi və kəşfiyyat məlumatlarının toplanması sahəsində çatışmazlıqların aşkarlandığını da bildirib.

banner

Rəsmi açıqlamada qeyd olunub ki, bu nöqsanlar ölkədə baş verən qarşıdurmalar, dağıntılar və çoxsaylı ticarət obyektlərinin talan edilməsi ilə nəticələnən hadisələrə hazırlıq prosesində özünü göstərib.

Əlaqəli Yazılar Xüsusi