ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkilərində iştirak etmək qərarına gələcəyi halda Donald Trampın onun namizədliyini dəstəkləyə biləcəyini düşündüyünü açıqlayıb.
Army.az xəbər verir ki, Vens bu barədə “2WAY” portalına verdiyi müsahibə zamanı danışıb.
Vitse-prezident bildirib ki, prezidentliyə namizədliyini irəli sürəcəyi təqdirdə hazırkı dövlət başçısının dəstəyini alacağını gözləyir.
Bununla yanaşı, o, növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı hələ yekun qərara gəlmədiyini qeyd edib. Vensin sözlərinə görə, bu mövzunu Tramp ilə indiyədək müzakirə etməyib.
Vitse-prezident hazırda əsas diqqətini Konqresə keçiriləcək aralıq seçkilərinə yönəltdiyini vurğulayıb. O, noyabrın əvvəlində Respublikaçılar Partiyasının mümkün qədər çox namizədinin seçkilərdə qalib gəlməsini istədiyini bildirib. Vens 2028-ci il üçün siyasi planlarının isə hələ müəyyənləşmədiyini bir daha diqqətə çatdırıb.
