Ev DünyaKim Çen İn öldü? – Çin 9 min hərbçi göndərdi

Kim Çen İn öldü? – Çin 9 min hərbçi göndərdi

by Baş Redaktor
50 Baxış

Şimali Koreya lideri Kim Çen Inın öldüyü və onun cənazəsinin məxfi şəkildə ölkəyə gətirildiyi barədə iddialar gündəmə gəlib.

Army.az xəbər verir ki, Çin Demokratiya Partiyasının rəhbəri Vanqun Xie sosial şəbəkə hesabında paylaşım edərək Kim Çen Inın ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xie-nin iddiasına əsasən, liderin ölümü barədə məlumatın ictimaiyyətdən gizlədilməsi Şimali Koreyada hakimiyyətin gələcək taleyi ilə bağlı suallar yarada və ölkədə siyasi qeyri-sabitliyə gətirib çıxara bilər.

Paylaşımda, həmçinin Çin Kommunist Partiyasının Kim Çen Inın qızı Kim Cuenin mövqelərini möhkəmləndirməsinə yardım etmək məqsədilə Pxenyana 9 min hərbçi göndərdiyi barədə iddia yer alıb.

banner

Qeyd edək ki, Kim Cue bir sıra siyasi müşahidəçilər tərəfindən Şimali Koreya liderinin mümkün varisi kimi nəzərdən keçirilir.

Bununla belə, Kim Çen Inın öldüyü, cəsədinin ölkəyə gətirildiyi və Çinin Şimali Koreyaya hərbi qüvvə göndərdiyi barədə iddiaların heç biri təqdim olunan məlumatda rəsmi şəkildə təsdiqlənməyib. Pxenyan rəhbərliyi də liderin səhhəti və ya ölümü ilə bağlı hər hansı açıqlama verməyib.

Əlaqəli Yazılar Xüsusi