Ev DünyaNorveç ABŞ elçisindən Rusiya ilə danışıqlar barədə məlumat gözləyir

Norveç ABŞ elçisindən Rusiya ilə danışıqlar barədə məlumat gözləyir

by Baş Redaktor
32 Baxış

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra Norveçə qayıdaraq görüşün nəticələri barədə məlumat verəcək.

Army.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe “NRK” telekanalına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Norveç tərəfi Rusiyada keçirilən görüşlər barədə məlumat əldə etmək məqsədilə Uitkoffu hava limanında qarşılamağı planlaşdırır.

Xatırladaq ki, oktyabrın 20-də ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələri Norveçin paytaxtı Osloda bir araya gəliblər. Görüşdə münaqişənin həlli istiqamətində atılacaq növbəti addımlar və Rusiya ilə münasibətlərdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Tərəflərin bu məsələlər üzrə ortaq mövqeyə gəldiyi bildirilib.

banner

Əlaqəli Yazılar Xüsusi