Ev DünyaRubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna suverenliyini qoruya bilməzdi

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna suverenliyini qoruya bilməzdi

by Baş Redaktor
26 Baxış

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukraynaya göstərdiyi maliyyə və hərbi yardımın ölkənin suveren dövlət kimi mövcudluğunun qorunmasında mühüm rol oynadığını bildirib.

Army.az xəbər verir ki, bu barədə Rubio açıqlamasında danışaraq, Kiyevə dəstəyin həm Co Baydenin prezidentliyi dövründə, həm də Donald Trampın administrasiyası tərəfindən davam etdirildiyini vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, ABŞ-ın, o cümlədən Tramp administrasiyasının yardımı olmasaydı, Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu qoruması mümkün olmazdı.

Rubio Ukrayna hərbçilərinin döyüş meydanında göstərdiyi cəsarəti də xüsusi qeyd edib. O bildirib ki, ukraynalı hərbçilər ölkələrinin müdafiəsi uğrunda böyük fədakarlıq nümayiş etdiriblər və ABŞ-ın dəstəyi daha böyük rəqibə qarşı mübarizədə onlara mühüm imkanlar yaradıb.

banner

Dövlət katibi əlavə edib ki, Bayden administrasiyası dövründə ayrılan və Tramp administrasiyası zamanı davam etdirilən milyardlarla dollarlıq yardım Ukraynanın bu gün mövcudluğunu davam etdirməsində əhəmiyyətli amil olub.

Əlaqəli Yazılar Xüsusi