Ev Hərbi XəbərlərPezeşkian: “İran üçün ən çətin vəziyyət nə müharibə, nə də sülh şəraitidir”

Pezeşkian: “İran üçün ən çətin vəziyyət nə müharibə, nə də sülh şəraitidir”

by Baş Redaktor
54 Baxış

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin üzləşə biləcəyi ən mürəkkəb vəziyyətin müharibə və sülh arasında qeyri-müəyyənliyin davam etməsi olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə İran dövlət başçısı açıqlamasında danışıb.

Pezeşkianın sözlərinə görə, İranın öldürülmüş ali rəhbəri Əli Xamenei də vaxtilə yaranmış vəziyyətdən çıxış yolu tapılması üçün müvafiq göstərişlər verib. Prezident qeyd edib ki, həmin tapşırığa uyğun olaraq problem danışıqlar vasitəsilə həll edilməyə çalışılıb.

“Bizə dedi ki, gedin, bu problemi həll edin. Biz də danışıqlar yolu ilə problemi həll etməyə getdik, amma onlar bizim ali rəhbərimizi öldürdülər”, – deyə Pezeşkian bildirib.

banner

İran Prezidenti ölkəsinin müharibə tərəfdarı olmadığını vurğulasa da, təzyiq və zor tətbiqi qarşısında geri çəkilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, Tehran heç bir halda güc qarşısında təslim olmaq niyyətində deyil.

Əlaqəli Yazılar Xüsusi