Ev DünyaTramp İranı hədəfə aldı: Neft qiymətləri və nüvə silahı gündəmdə

Tramp İranı hədəfə aldı: Neft qiymətləri və nüvə silahı gündəmdə

by Baş Redaktor
17 Baxış

ABŞ Prezidenti Donald Tramp İranı noyabrda keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində dünya bazarında neftin qiymətini yüksəltməyə cəhd göstərməkdə ittiham edib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Trampın sözlərinə görə, Tehran bu məqsədlə saxta hücum xəbərləri və Hörmüz boğazında minalarla bağlı məlumatlar yayır. O, həmçinin hazırda boğazdan münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə daha çox neft daşındığını iddia edib.

ABŞ prezidenti İran hakimiyyətini etirazçılara və qarşısına çıxan digər şəxslərə qarşı zorakılıqda da ittiham edib. O, İran rejiminin fəaliyyətini kəskin tənqid edərək beynəlxalq ictimaiyyətin baş verənlərə kifayət qədər diqqət yetirmədiyini bildirib.

banner

Tramp İranda yeddi aydan az müddətdə 75 min etirazçının öldürüldüyünü iddia edib və bu məsələyə dünya ictimaiyyətinin, eləcə də ABŞ Demokratlar Partiyasının reaksiyasını tənqid edib.

Amerika lideri çıxışının sonunda Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi