Ev DünyaBağçalı: “Türk dövlətlərini ortaq tarix və qardaşlıq bağları birləşdirir”

Bağçalı: “Türk dövlətlərini ortaq tarix və qardaşlıq bağları birləşdirir”

by Baş Redaktor
18 Baxış

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı türk dövlətləri arasında əlaqələrin ortaq tarixə və dərin köklərə söykəndiyini, bu münasibətlərin kənar siyasi maraqlar çərçivəsində müəyyən edilə bilməyəcəyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Bağçalının partiyanın İdarə Heyətinin toplantısından sonra yaydığı yazılı bəyanatda qeyd olunub.

MHP sədrinin sözlərinə görə, Türk dünyasında gələcək əməkdaşlığın əsasını müstəqil dövlətlərin suverenliyinə hörmət, qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və qardaşlıq əlaqələri təşkil edir.

Bağçalı, həmçinin gələn həftə Ankarada keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının ortaq tarixi məsuliyyətin və gələcəyə dair birgə iradənin ifadəsi olacağını vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi