Ev DünyaNetanyahu yeni hədəfi açıqladı: İsrail hansı asılılıqdan qurtulmaq istəyir?

Netanyahu yeni hədəfi açıqladı: İsrail hansı asılılıqdan qurtulmaq istəyir?

by Baş Redaktor
22 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin müdafiə sənayesində daha müstəqil siyasət yürütməsinin vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat verib.

O bildirib ki, İsrail ABŞ-dan aldığı dəstəyi yüksək qiymətləndirsə də, uzunmüddətli perspektivdə silah təminatı sahəsində xarici asılılığı azaltmalı və öz hərbi istehsal imkanlarını genişləndirməlidir.

Netanyahu qeyd edib ki, ölkə müdafiə qabiliyyətini gücləndirmək üçün yerli silah istehsalına daha çox sərmayə yatırmalı və strateji müstəqilliyini artırmalıdır.

banner

Baş nazir həmçinin İsrailin hazırda İran və onun regional müttəfiqləri ilə qarşıdurma şəraitində olduğunu bildirərək, son dövrlərdə həyata keçirilən əməliyyatların davam edən təhlükəsizlik strategiyasının bir hissəsi olduğunu deyib.

Onun sözlərinə görə, İsrailin qarşıdakı onilliklərdəki mövqeyi və təhlükəsizliyi bu gün atılan addımlardan və ölkənin hərbi gücünün artırılmasından asılı olacaq.

Əlaqəli Yazılar Xüsusi