“1 aprel tarixində keçirilən danışıqlar gərgin atmosferdə keçib. Kreml Ermənistan Baş naziri Nikol Paşinyanla kompromis imkanının olmadığı qənaətinə gəlib”.
Army.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Rusiya Ermənistanın hazırkı hakimiyyəti ilə əlaqəli biznes nümayəndələri, şirkətlər və mədəni təşkilatlar üçün giriş məhdudiyyətləri daxil olmaqla praktiki tədbirləri nəzərdən keçirir.
Hətta Rusiya ərazisindəki Ermənistan səfiri Gurgen Arsenyan və onun ətrafı da “persona non grata” statusu ilə üzləşə bilər”, – deyə, qeyd edilib.
