“Bütün tariximiz boyunca belə bir siyasi fəlakət olmayıb. İsrail hətta milli təhlükəsizliyimizin nüvəsi ilə bağlı qərarların qəbul edildiyi danışıqlar masasında belə iştirak etməyib”.
Army.az xəbər verir ki, bu sözləri İsrailin ana müxalifət partiyası “Yeş Atid”in (Gələcək Var) sədri Yair Lapid deyib.
“Ordu üzərinə düşəni tam yerinə yetirib, cəmiyyət heyrətamiz səbir göstərib, lakin Netanyahu siyasi, strateji uğursuzluğa düçar olub və özünün qoyduğu heç bir məqsədə çatmayıb”, – deyə qeyd edib.