Ev DünyaUkrayna danışıqlarında yeni mərhələ: Avropa da masaya əyləşə bilər

Ukrayna danışıqlarında yeni mərhələ: Avropa da masaya əyləşə bilər

by Baş Redaktor
54 Baxış

Vaşinqton Moskva ilə Kiyev arasında münaqişənin həlli istiqamətində aparılan danışıqların gələcək mərhələlərdə daha geniş beynəlxalq formatda davam etdirilməsinə açıqdır. Bu prosesə Avropa dövlətlərinin də qoşulması nəzərdən keçirilən variantlar arasındadır.

Army.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner “X” platformasındakı paylaşımında məlumat verib.

Kuşnerin açıqlamasına əsasən, noyabrın 10-11-də Əbu-Dabidə baş tutması nəzərdə tutulan ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin görüşünə hazırlıq işləri sürətlə davam edir.

O vurğulayıb ki, tərəflər qarşıdakı təmasların nəticəyönümlü olması üçün hazırlıq prosesinə ciddi yanaşırlar. Eyni zamanda, ABŞ Avropa tərəfdaşları ilə məsləhətləşmələri davam etdirəcək.

banner

Kuşnerin sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə ediləcəyi təqdirdə, Avropa ölkələrinin birbaşa iştirakı ilə daha geniş çoxtərəfli müzakirə mexanizminin yaradılması gündəmə gələ bilər.

O əlavə edib ki, görüşlərin formatına dair müxtəlif yanaşmalar üzərində müzakirələr aparılır. Vaşinqton isə konstruktiv xarakterli təklifləri dəyərləndirməyə hazırdır.

Əlaqəli Yazılar Xüsusi