Ev DünyaTrampdan sensasion iddia: ABŞ 3 trilyon dollar itirib

Trampdan sensasion iddia: ABŞ 3 trilyon dollar itirib

by Baş Redaktor
102 Baxış

ABŞ Prezidenti Donald Tramp ölkənin aralıq seçkilərdən sonra 3 trilyon dollar itirdiyini iddia edib. Onun sözlərinə görə, buna Demokratların Konqresə nəzarəti ələ keçirməsi səbəb olub.

Army.az xəbər verir ki, Tramp bu fikirləri Floridada yerləşən Con Kennedi adına Kosmik Mərkəzdə çıxışı zamanı səsləndirib.

ABŞ lideri oktyabr ayında ölkədə iş yerlərinin sayının 165 min artdığını da qeyd edib.

“Ölkəmiz 3 trilyon dollar itirdi. Bunun yeganə səbəbi seçkidir”, – deyə o bildirib.

banner

Tramp sözügedən məbləğin hansı itkiləri əhatə etdiyini dəqiqləşdirməyib. Bununla yanaşı, o, fond bazarlarında əsas indekslərin geriləməsini aralıq seçkilərin nəticələri ilə əlaqələndirib.

Əlaqəli Yazılar Xüsusi