Ev DünyaNetanyahunun siyasi rəqibi hökuməti formalaşdıracaq? – QƏRAR

Netanyahunun siyasi rəqibi hökuməti formalaşdıracaq? – QƏRAR

by Baş Redaktor
61 Baxış

İsrail Prezidenti İsxak Hersoq bazar günü müxalifət lideri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmaq səlahiyyəti verib.

Army.az xəbər verir ki, dövlət başçısı qəbul etdiyi qərar barədə həm Ayzenkotu, həm də hazırkı Baş nazir Benyamin Netanyahunu məlumatlandırıb.

Prezident bu qərara yeni çağırış Knessetdə təmsil olunan bütün fraksiyaların nümayəndələri ilə keçirdiyi məsləhətləşmələrdən sonra gəlib.

Məsləhətləşmələrin nəticələrinə əsasən, 67 deputat hökumətin formalaşdırılmasının Ayzenkota həvalə edilməsini dəstəkləyib. Netanyahuya dəstək verənlərin sayı 46 olub, digər deputatlar isə bitərəf mövqe tutublar.

banner

Əlaqəli Yazılar Xüsusi