63
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər.
Army.az xəbər verir ki, amerikalı nümayəndələri Moskvadakı Vnukovo hava limanında Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.
Səfər çərçivəsində Uitkoff və Kuşnerin bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.