Ev Hərbi XəbərlərABŞ Ukraynadan Donbası istəyir? Zelenskidən açıqlama

ABŞ Ukraynadan Donbası istəyir? Zelenskidən açıqlama

by Baş Redaktor
48 Baxış

ABŞ Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması istiqamətində Donbasın gələcək statusu ilə bağlı fərqli həll yolları üzərində işləyir.

Army.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dublində təşkil olunan mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqton münaqişənin başa çatması üçün Ukraynanın Donbasdan geri çəkilməsi variantını nəzərdən keçirir. Lakin Zelenski ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində Kiyevlə bu şəkildə danışılmasını qəbuledilməz hesab etdiyini bildirib.

Prezident qeyd edib ki, ABŞ tərəfi ərazi məsələsinin həlli üçün alternativ təkliflər axtarır və ona artıq bir neçə fərqli variant təqdim olunub.

banner

Zelenski bu təkliflərin hər birinin müzakirəsinin uzun vaxt aparacağını vurğulayıb. O, ərazi ilə bağlı qərarların isə yalnız dövlət başçıları səviyyəsində müzakirə edilməli olduğunu bildirib.

Əlaqəli Yazılar Xüsusi