Ev Dünyaİrəvanda konstitusiya planı dəyişir – Hakimiyyət müxalifətdən dəstək gözləyir

İrəvanda konstitusiya planı dəyişir – Hakimiyyət müxalifətdən dəstək gözləyir

by Baş Redaktor
72 Baxış

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyası yeni konstitusiyanın parlamentdən keçirilməsi üçün müxalifətin mövqeyini dəyişməyə ümid edir.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, son günlər Ermənistan müxalifəti İrəvan küçələrində yeni konstitusiya layihəsinə qarşı maarifləndirmə kampaniyasına başlayıb. Oxşar tədbirlərin ölkənin regionlarında da keçirildiyi bildirilir. Müxalifət nümayəndələri vətəndaşlara sənədin əleyhinə səs verməyin vacibliyini izah edir və referendumda “Yox” mövqeyini dəstəkləyən cəbhə yaratmağa çalışırlar.

“Hraparak” qeyd edir ki, əvvəlcə hakim partiyada müxalifətin layihəyə qarşı qəti mövqeyi səbəbindən növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı müzakirə olunurdu. Lakin müxalifətin başladığı kampaniya hakim düşərgədə fərqli yanaşmanın yaranmasına səbəb olub.

banner

Belə ki, müxalifət parlamentdə sənədin əleyhinə səs verəcəyini bəyan etsə də, hakim partiya təmsilçiləri onun ictimaiyyət arasında layihəyə qarşı təbliğat aparmasını sual doğuran məqam kimi qiymətləndirirlər. Onların fikrincə, əgər müxalifət sənədin parlamentdən keçməsinə mane olmaq istəyirsə, onda niyə əvvəlcədən cəmiyyəti bu layihə barədə məlumatlandırır?

Nəşrin iddiasına əsasən, hakim partiya daxilində müxalifətin sonrakı mərhələdə mövqeyini dəyişə biləcəyi ehtimalı da nəzərdən keçirilir. Güman edilir ki, layihə parlamentə təqdim olunduqdan və müxalifət sənədin məzmunu ilə tanış olduqdan sonra onun lehinə səs verə bilər. Bu halda referendumun keçirilməsinə şərait yaranacaq və konstitusiyanın qəbul edilib-edilməyəcəyinə dair son qərarı seçicilər verəcəklər.

Əlaqəli Yazılar Xüsusi