Ev DünyaTramp: “İranın infrastrukturunu məhv edə bilərik, amma bunu istəmirik”

Tramp: “İranın infrastrukturunu məhv edə bilərik, amma bunu istəmirik”

by Baş Redaktor
73 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın infrastrukturuna genişmiqyaslı zərbə endirmək imkanlarının olduğunu, lakin belə bir addımın nəticələrini nəzərə alaraq bundan çəkinmək istədiyini açıqlayıb.

Army.az xəbər verir ki, Tramp bu fikirləri Floridadan Vaşinqtona yola düşməzdən öncə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

O bildirib ki, ABŞ istəsə, İran ərazisindəki strateji obyektləri qısa müddətdə sıradan çıxara bilər. Bununla belə, belə hücumların gələcəkdə ölkənin yenidən qurulmasını ciddi şəkildə çətinləşdirəcəyini qeyd edib.

Amerika liderinin sözlərinə görə, xüsusilə körpülərin və elektrik stansiyalarının dağıdılması İran üçün uzunmüddətli problemlərə səbəb ola bilər. Tramp dağlıq ərazilərdə yerləşən böyük körpülərin yenidən inşasının 10-15 il vaxt aparacağını ehtimal edib.

banner

O, elektrik stansiyalarının bərpasının da mürəkkəb proses olduğunu vurğulayaraq, bu cür dağıntıların ilk növbədə mülki əhali üçün ağır nəticələr doğuracağını bildirib.

Tramp, həmçinin ABŞ-ın İranla qarşıdurmada qalib gəldiyi barədə fikrini bir daha təkrarlayıb.

Əlaqəli Yazılar Xüsusi