Ev DünyaABŞ-da diqqətçəkən addım: Daha bir nazir hərbi bazaya köçdü

ABŞ-da diqqətçəkən addım: Daha bir nazir hərbi bazaya köçdü

by Baş Redaktor
62 Baxış

ABŞ-ın baş prokuroru və ədliyyə naziri Todd Blanşın son bir neçə aydır ölkənin hərbi obyektlərindən birində yaşadığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda Blanşın yaşayış yerini dəyişməsinə səbəb olan amillər açıqlanmayıb. Eyni zamanda, onun hazırda hansı hərbi bazada yerləşdiyi barədə də konkret məlumat verilməyib.

Telekanal qeyd edir ki, hərbi bazaya köçən ABŞ administrasiyasının yeganə yüksək vəzifəli nümayəndəsi Blanş deyil. Daha əvvəl hərb naziri Pit Heqset və dövlət katibi Marko Rubionun da Vaşinqtondakı hərbi obyektlərdən birində məskunlaşdığı bildirilmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi