“Bizim əsas siyasi məqsədimiz Ermənistan vətəndaşları üçün alternativ yaratmaq olub və olaraq qalır. Uzun müddət Ermənistan Respublikasının başqa seçiminin olmadığı barədə fikir formalaşmışdı”.
Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Hətta Avrasiya İqtisadi İttifaqının (Aİİ) liderlərindən biri açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın Aİİ-yə qoşulmaqdan başqa yolu yoxdur. Bu açıqlama isə müəyyən siyasi proseslərə səbəb oldu”, – deyə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.