Ev DünyaABŞ-da tanker kruiz gəmisi ilə toqquşdu – Sərnişinlər çaya töküldü

ABŞ-da tanker kruiz gəmisi ilə toqquşdu – Sərnişinlər çaya töküldü

by Baş Redaktor
58 Baxış

ABŞ-ın Nyu-Orlean şəhərində “Atlantic Asphalt” adlı böyük tanker Missisipi çayında dayanmış, göyərtəsində 129 sərnişin olan “American Heritage” çay kruiz gəmisi ilə toqquşub.

Army.az xəbər verir ki, bu barədə xarici kiv məlumat yayıb.

Toqquşmanın gücündən kruiz gəmisi böyrü üstə çevrilib və sürətlə su ilə dolmağa başlayıb. Nəticədə sərnişinlər Missisipi çayına düşüblər.

Hadisəyə yaxınlıqda olan qayıq sahibləri, liman işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər dərhal müdaxilə ediblər. Onlar insanları sudan çıxarıb və gəminin təxliyəsinə kömək ediblər.

banner

Möcüzə nəticəsində sərnişin və ekipaj üzvlərindən təxminən 180 nəfərin yeri müəyyən edilib. Ölənlərin olmadığı bildirilir. 32 nəfər xəstəxanaya çatdırılıb, onların heç birinin vəziyyətinin kritik olmadığı qeyd olunub.

Əlaqəli Yazılar Xüsusi