Ev DünyaKaya Kallasdan Rusiyaya çağırış: Əvvəlcə atəşkəs, sonra danışıqlar

Kaya Kallasdan Rusiyaya çağırış: Əvvəlcə atəşkəs, sonra danışıqlar

by Baş Redaktor
69 Baxış

Avropa İttifaqı Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqlarında irəli sürdüyü şərtləri qəbuledilməz hesab edir. Aİ rəhbərliyi hesab edir ki, hər hansı məsələnin müzakirəsinə keçməzdən əvvəl Moskva üzərində təzyiq artırılmalı və Ukraynada atəşkəsə nail olunmalıdır.

Army.az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas səsləndirib.

Onun sözlərinə görə, Rusiyanın irəli sürdüyü tələblər əsassızdır. Kallas qeyd edib ki, tarix boyu nə Aİ, nə də NATO üzvü olan ölkələr Rusiyaya qarşı hərbi hücum həyata keçirib.

Aİ rəsmisi Moskvanın danışıqlardakı yanaşmasının dəyişmədiyini vurğulayıb. Onun fikrincə, Rusiya əvvəlcə geniş tələblər irəli sürür, daha sonra isə onların siyahısını genişləndirir.

banner

Əlaqəli Yazılar Xüsusi