Ev Dünya“Amazon”un 40 peykini daşıyan raket missiyanı yarımçıq qoydu

“Amazon”un 40 peykini daşıyan raket missiyanı yarımçıq qoydu

by Baş Redaktor
51 Baxış

Pentaqon və NASA kimi qurumlarla əməkdaşlıq edən “United Launch Alliance” şirkəti “Amazon”a məxsus peyklərin orbitə çatdırılması missiyasını uğurla həyata keçirə bilməyib. İlkin məlumatlara əsasən, “Vulcan” raketdaşıyanı buraxılışdan təxminən 10 dəqiqə sonra qəza ilə üzləşib.

Army.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, uçuşun onuncu dəqiqəsində raketdə fövqəladə vəziyyət yaranıb. Nəticədə “Amazon” üçün nəzərdə tutulan kosmik missiyanı başa çatdırmaq və peykləri planlaşdırılan orbitə yerləşdirmək mümkün olmayıb.

Məlumata görə, raket “Amazon”un təxminən 40 peykini daşıyırdı.

banner

Əlaqəli Yazılar Xüsusi