“Turkish Airlines” aviaşirkətinin yükdaşıma bölməsi olan “Turkish Cargo” Türkiyə ilə Ermənistan arasında ilk müntəzəm yük uçuşunu həyata keçirib.
Army.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, noyabrın 15-də İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysi baş tutub.
Bildirilib ki, xüsusi reysin təşkili iki ölkə arasında yük daşımalarının daha səmərəli və etibarlı şəkildə həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, bu addım şirkətin beynəlxalq logistika şəbəkəsinin genişləndirilməsinə yönəlib.