ABŞ İran tərəfindən Vaşinqtona qarşı mümkün hücum hazırlığına dair hər hansı konkret göstəriciyə malik deyil.
Army.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada jurnalistlərə açıqlamasında bildirib.
Rubio yayılan məlumatlarla bağlı danışmaq istəmədiyini qeyd edərək, həmin iddiaların hansı mənbələrə əsaslandığının ona məlum olmadığını vurğulayıb.
Dövlət katibi əlavə edib ki, əgər məsələ kəşfiyyat məlumatlarına əsaslanırsa, belə informasiyalar məxfi xarakter daşımalıdır. Onun sözlərinə görə, ABŞ-ın müvafiq təhlükəsizlik sistemləri potensial təhdidləri vaxtında müəyyən etmək imkanına malikdir.
Rubio hazırda Vaşinqtona qarşı birbaşa hücum təhlükəsinin mövcudluğunu düşünmədiyini də diqqətə çatdırıb.
